İspaniya La Liqasında IV turun oyunları davam edir.
“İki sahil” xəbər verir ki, günün ilk matçı Valensiya şəhərində keçirilib. Şəhərin eyniadlı komandası öz meydanında son çempion "Barselona"nı sınağa çəkib. Kataloniya təmsilçisi rəqibini 5 cavabsız qolla darmadağın edib.
Qeyd edək ki, hazırda turnir cədvəlinə 12 xalla "Barselona" başçılıq edir. Aktivində 1 xalı olan "Valensiya" isə sonuncu - 20-ci yerdə qərarlaşıb.
Rəşad Nəbiyev Bakıda keçirilən dünya çempionatında medal qazanan idmançıları təbrik edib
Beynəlxalq Cüdo Federasiyasının (IJF) bayrağının təhvil-təslim mərasimi keçirilib
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər