Azərbaycan və "Huawei Technology" şirkəti arasında lokal tədqiqat və inkişaf mərkəzlərinin yaradılması istiqamətlərində əməkdaşlıq perspektivləri müzakirə edilib.
“İki sahil” xəbər verir ki, müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun "Huawei Technology"nin baş vitse-prezidenti Fillip Gan ilə keçirilən görüşdə baş tutub.
Tərəflər həmçinin Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı, innovativ texnologiyaların tətbiqi və "yaşıl transformasiya" istiqamətlərində həyata keçirilən tədbirlər, investisiya imkanlarının genişləndirilməsi, texnologiya transferinin təşviqi, insan kapitalının inkişafı, eləcə də rəqəmsal və "yaşıl həllər"in formalaşdırılması, onların iqtisadiyyatın müxtəlif sahələrində tətbiqi və bu istiqamətdə yeni əməkdaşlıq imkanlarının yaradılması məsələləri ətrafında fikir mübadiləsi aparıb.
Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir
“Rəqəmsal rabitə” informasiya sisteminin yaradılması ilə rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır
Azərbaycan alimləri Türkiyədə keçirilən beynəlxalq üzümçülük simpoziumunda iştirak ediblər
Birbank Invest vasitəsilə “EmbaFinans”BOKT istiqrazlarına investisiya etmək imkanı
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqlayıb
Suvarmanın idarə edilməsində rəqəmsal imkanlar genişləndirilir İlhamə Qədimova