Bakıda “Azərbaycan Uşaqları” İctimai Birliyinin təşkilatçılığı ilə “Gəl dost olaq – Çərpələng Festivalı” keçirilib.
“İki sahil” xəbər verir ki, festivalın özəl qonağı Xalq artisti Tünzalə Ağayeva olub. Pop ulduzun ifaları iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Balaca qəhrəmanlarımız sənətçinin bütün ifalarına qoşularaq onunla birlikdə əzbərə söyləyiblər.
Qeyd edək ki, festivalın əsas məqsədi həssas qrupdan olan uşaqların sosial inteqrasiyasına dəstək olmaq, onların asudə vaxtının səmərəli təşkilinə töhfə vermək, cəmiyyətdə dostluq, birlik və həmrəylik dəyərlərini təşviq etmək olub.
Azərbaycan Yaponiyanın məşhur “VIVANT” serialının ikinci mövsümündə geniş təqdim olunacaq
Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub