Bu gün 11 sentyabr terror aktlarının 25-ci ildönümü ilə bağlı Vaşinqtonda keçirilən anım mərasimində Donald Tramp 2 977 qurbanın xatirəsini yad edib və ABŞ-nin onları “heç vaxt” unutmamaq əzmini bir daha təsdiqləyib. “İki sahil” xəbər verir ki, ABŞ prezidenti Pentaqonda çıxışı zamanı ölkəsinin qurbanların xatirəsinə bu gün də “mübarizə aparmağa” davam etdiyini bildirib. Tramp bildirib ki, ABŞ 2001-ci il sentyabrın 11-də baş vermiş terror aktlarını heç vaxt unutmayacaq və həlak olan 2 977 nəfərin xatirəsinə bu gün də mübarizə aparmağa davam edir.
“Bu gün biz dörddə bir əsr əvvəl ilk dəfə onların adından verdiyimiz müqəddəs andı yeniləyirik. Biz heç vaxt unutmayacağıq. Məhz buna görə bu gün mübarizə aparırıq. Bizim seçimimiz yoxdur. Yalnız qələbə ola bilər”, — deyə ABŞ prezidenti terror aktlarının baş verdiyi məkanlardan biri olan, Vaşinqton yaxınlığında yerləşən ABŞ Müdafiə Nazirliyinin binasında — Pentaqonda keçirilən mərasimdə bildirib.