12 sentyabr 2026 13:03
118

Zelenskinin təklifi

Ukrayna Prezidenti Volodimir Zelenski dekabrda Mayamidə keçirilməsi planlaşdırılan "Böyük İyirmilik" (G20) liderlərinin sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi təklif edir.

“İki sahil” xəbər verir ki,  bu barədə Prezident Zelenski DW-yə müsahibəsində bildirib. O, Putinin sammitdə iştirak edəcəyi təqdirdə Mayamiyə gələcəyini qeyd edib. "Bəli, əlbəttə. Biz gəlməliyik. Biz görüşməli, danışmalı və qərarlar qəbul etməliyik", - o bildirib.