Belarus 2027-ci ildə Azərbaycanla birgə Qarabağda aqroşəhərcik tikintisini başlamağı planlaşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə xarici diplomatik korpusun nümayəndə heyətinin tərkibində Qarabağ bölgəsini ziyarət edən Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç bildirib. Onun sözlərinə görə, hazırda bir sıra aqrosənaye komplekslərini də əhatə edəcək aqroşəhərciyin layihələndirilməsi davam edir. "Biz 2027-ci ildə bəzi aqrosənaye kompleksləri ilə birlikdə aqroşəhərciyin layihələndirilməsini başa çatdıracağıq. Və əgər hər şey yaxşı olarsa, 2027-ci ildə orada birgə tikintiyə başlamağı planlaşdırırıq", - diplomat qeyd edib.
Dmitri Pinkеviç həmçinin bildirib ki, 2027-ci ildə Ağdamda Belarus şirkəti "Vertus"un iştirakı ilə birgə lift istehsalının yerləşdirilməsi planlaşdırılır. "2027-ci ildə Ağdamda biz həmçinin Belarus tərəfinin - "Vertusgülnar" şirkətinin iştirakı ilə Azərbaycan istehsalı olan liftlərin birgə istehsalını yerləşdirməyi planlaşdırırıq", - səfir bildirib.
Belarus səfiri: “Böyük Qayıdış” Proqramının real və əyani şəkildə həyata keçirilməsini böyük heyranlıqla müşahidə edirəm
Akademik konfransın iştirakçıları işğaldan azad edilmiş ərazilərə səfər ediblər