Meksikalı mütəxəssis İvan Luna "Gəncə" basketbol klubunun məşqçilər korpusuna cəlb olunub.
“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib. Mütəxəssislə yeni mövsümün sonunadək müqavilə imzalanıb. İ.Luna basketbolçuların fiziki və kondisiya hazırlığına nəzarət edəcək. O, vətəni ilə yanaşı, Litvada da çalışıb.