Quba–Atuc yolunda 2 minik avtomobili toqquşub.
“İki sahil” xəbər verir ki, hadisə bu gün saat 19 radələrində baş verib. Qəza nəticəsində ilkin məlumata görə, 3 nəfər xəsarət alıb. Toqquşan nəqliyyat vasitələri “Nissan” və “VAZ-2107” markalı minik avtomobilləridir. Xəsarət alanlar təcili tibbi yardım avtomobili ilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
BDU tələbələri ilə zərərli xarici təsirlər və informasiya təhdidləri müzakirə olunub
YAP Ağdaş rayon təşkilatında VIII Qurultayın nəticələrinə həsr olunan görüşlər keçirilir