12 sentyabr 2026 23:24
86

Qar uçqununda həlak olan daha iki alpinistin meyiti tapılıb

Kabardin-Balkar Respublikasının Bezengi dərəsində aparılan axtarış-xilasetmə əməliyyatı zamanı qar uçqununda həlak olan daha iki alpinistin meyiti tapılıb.

“İki sahil” xəbər verir ki,  bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) regional şöbəsinin mətbuat xidməti məlumat yayıb. Bununla da ölənlərin sayı 16-ya çatıb. Məlumatda bildirilir ki, daha bir alpinistin taleyi hələ də məlum deyil.

Qurum qeyd edib ki, hava şəraitinin pisləşməsi, qar və buz uçqunu təhlükəsi səbəbindən ərazidə axtarış-xilasetmə əməliyyatları dayandırılıb. Axtarışların sentyabrın 13-də Fövqəladə Hallar Nazirliyinin Mi-8 helikopterindən istifadə etməklə davam etdirilməsi planlaşdırılır.

Xatırladaq ki, sentyabrın 6-da Kabardin-Balkarın Bezengi dərəsindəki Mijirqi dağından marşrut üzrə 33 alpinistdən ibarət qrupa uçqun düşüb. Daha əvvəl 14 nəfərin öldüyü bildirilib.