13 sentyabr 2026 09:25
100

Toydan qayıdanda qəzaya düşdülər

Türkiyədə yol qəzasında onlarla insan xəsarət alıb.

“İki sahil” xəbər verir ki, hadisə Bartında qeydə alınıb. Toydan qayıdan qonaqları daşıyan mikroavtobusun kiçik tutumlu yük avtomobili ilə toqquşması nəticəsində 3-ü uşaq olmaqla 19 sərnişin və sürücülər - ümumilikdə 21 nəfər yaralanıb.

Mikroavtobus toqquşmadan sonra zərbənin gücündən elektrik dirəyinə çırpılıb.

Hadisə yerinə təcili yardım və polis əməkdaşları cəlb olunub. Yaralılar Bartın Dövlət Xəstəxanasına aparılıb.

Qəza ilə bağlı araşdırma başlanıb.