13 sentyabr 2026 14:51
81

Polis sosial şəbəkələrlə bağlı iki nəfəri saxlayıb

Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev polis əməkdaşları tərəfindən saxlanılıblar.

“İki sahil” xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hər iki şəxs cinayət işi üzrə istintaqa cəlb olunub. Araşdırmalar davam etdirilir.