13 sentyabr 2026 18:08
91

Yarımfinalda rəqib İspaniya millisi olacaq

3x3 basketbol üzrə Belçikanın Antverpen şəhərində keçirilən Avropa çempionatında həlledici oyunlara start verilib.

“İki sahil” xəbər verir ki, qadınlardan ibarət Azərbaycan millisi 1/4 finalda Fransa seçməsi ilə qarşılaşıb və rəqibinə 20:15 hesabı ilə qalib gəlib. Yarımfinalda rəqib İspaniya millisi olacaq. Görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.