14 sentyabr 2026 08:31
92

Retkliff danışıqların bütün aspektlərindən xəbərdardır - Tramp

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqların bütün aspektlərindən xəbərdardır.

“İki sahil” xəbər verir ki,  bu barədə ABŞ Prezidenti Donald Tramp İrlandiyadan Amerikaya gedərkən öz təyyarəsinin göyərtəsində jurnalistlərin MKİ rəhbərinin danışıqlarda daha mühüm rol oynayıb-oynamayacağı ilə bağlı sualına cavab verərkən bildirib.

"Retkliff əla iş görür. O, hər şeyə cəlb olunub", - Tramp deyib.

Bununla yanaşı, Tramp xüsusi elçi Stiv Uitkoff və kürəkəni Cared Kuşnerin də danışıqçı vəzifələrinin öhdəsindən əla gəldiklərini bildirib. O, misal olaraq Qəzza zolağında vəziyyətin nizamlanmasını göstərib.