Növbəti səyyar qəbul Tağlabiyan kəndində təşkil olunub. Qəbul zamanı kənd sakinlərinin müraciət, təklif və onları narahat edən məsələlər dinlənilib, qaldırılan problemlərin operativ həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Əlavə araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülərək icrası təmin olunması üçün qeydiyyata alınıb.
Səyyar qəbullar vətəndaşlarla birbaşa ünsiyyətin gücləndirilməsi, onların müraciətlərinin yerində araşdırılması və mövcud problemlərin çevik həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində zəruri tədbirlər ardıcıl şəkildə həyata keçirilir.