Auditorlar Palatası kölgə iqtisadiyyatının azaldılması, maliyyə intizamının möhkəmləndirilməsi üçün uzun illər çox məhsuldar fəaliyyət göstərib. Bütün bunların nəticəsidir ki, bu gün Azərbaycan Auditorlar Palatası dünyanın çoxsaylı ölkələri ilə əməkdaşlıq edir, beynəlxalq konfranslarda Azərbaycan Auditorlar Palatası həmişə Azərbaycan həqiqətlərini də onlara çatdırır.
“İki sahil” xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə Auditorlar Palatasının 30 illik yubileyinə həsr edilmiş tədbir və “Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol” mövzusunda beynəlxalq elmi-praktik konfransda deyib.
O bildirib ki, qalib ölkənin şəffaf fəaliyyət institutları yaradılmalıdır.
“Şəffaflığı da təmin edən əsas alətlərdən biri auditdir, yoxlamalardır. Biz auditi, mühasibatlığı iqtisad elminin bir istiqaməti kimi qiymətləndirməliyik. Ən böyük məsələ ondan ibarətdir ki, hər bir dövlət özünün müstəqil audit sistemini qurmalıdır. Qloballaşma şəraitində hər bir şeyi ümumiləşdirmək olmaz, hər bir dövlətin müstəqilliyini qorumaq üçün onun audit məktəbi yaradılmalıdır və bu auditor xidmətinə də peşəkar ixtisasçılar cəlb olunmalıdır", - deyə Z.Səmədzadə əlavə edib.
SOCAR-ın "Azərkimya" İstehsalat Birliyində yeni modernizasiya mərhələsinə başlanılır
Hesablama Palatası: Auditorlar Palatasının 30 illik fəaliyyəti audit işinin formalaşmasında xüsusi əhəmiyyət daşıyıb
SOCAR-ın "Azərkimya" İstehsalat Birliyinin məhsulları müxtəlif ölkələrə ixrac olunur
"Azərkimya"da 2026-cı ildə istehsal gücündən istifadə göstəricisinin 85 faizdən çox olacağı gözlənilir