PAŞA Bank gənclərin peşəkar inkişafına yönəlmiş “Zirvədəsən” təcrübə proqramının nəticələrini açıqlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə bankın 2026-cı ilin yarımillik nəticələrinə həsr olunan mətbuat konfransında bankın marketinq direktoru Günel Mavliyarova məlumat verib
O bildirib ki, proqram gənclərə real bank mühitində təcrübə qazanmaq, mentor dəstəyi almaq və biliklərini inkişaf etdirmək imkanı yaradır.
Proqrama ümumilikdə 12 mindən çox müraciət daxil olub. Müraciət edənlərdən 1 500 nəfər onlayn test mərhələsinə keçib. Növbəti mərhələdə 300 namizədlə fərdi müsahibə, 50 namizədlə isə qrup müsahibəsi keçirilib. Yekunda proqram üçün 60 iştirakçı seçilib.
Təqdim olunan göstəricilərə əsasən, PAŞA Bank bank sektorunda işləmək istənilən brendlər arasında 1-ci mövqedə göstərilir. Gənc mütəxəssislər arasında brendə üstünlük göstəricisi 40,3%, bankın tanınma səviyyəsi isə 98,9% təşkil edir.
Beləliklə, müraciətlərin ümumi sayını əsas götürdükdə, seçilən 60 iştirakçı 12 mindən çox namizədin təxminən 0,5%-nə bərabərdir.
Azərbaycan Hava Yolları “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb
Əmtəə nişanlarından qanunsuz istifadənin qarşısının alınması ilə bağlı onlayn maarifləndirici seminar keçirilib
“John Deere” şirkətinin müasir kənd təsərrüfatı texnologiyaları ADAU-da təqdim olunub
“Metroloji təminatın biznes üçün əhəmiyyəti” mövzusunda maarifləndirici sessiya keçirilib