"Neftçi"ni qarşıda ağır qarşılaşmalar gözləyir.
“İki sahil” xəbər verir ki, bunu adıçəkilən komandanın baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının VI turunda "Qəbələ"yə qarşı matçdan sonra baş tutan mətbuat konfransında bildirib. Mütəxəssis çətin rəqibə qarşı oynadıqlarını bildirib: "Bu matçın ardından bir neçə futbolçumuz milli komandaların düşərgəsinə qoşulacaq. Digər oyunçularımıza isə beş günlük istirahət verəcəyik. Daha sonra, sentyabrın 24-dən etibarən "Sabah"la qarşılaşmanın hazırlıqlarına start verəcəyik. Növbəti rəqibimiz son Azərbaycan çempionudur. Bu səbəbdən həmin görüşə xüsusi diqqətlə hazırlaşacağıq. Ardınca oktyabrın 2-də "Araz-Naxçıvan"la yoxlama matçında qüvvəmizi sınayacağıq. "Sabah"la görüşdən sonra isə bizi "Qarabağ" və "Turan-Tovuz"la prinsipial və kifayət qədər ağır qarşılaşmalar gözləyir".
Qeyd edək ki, "Qəbələ" - "Neftçi" qarşılaşması Bakı klubunun 3:0 hesablı qələbəsi ilə bitib.
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda “Qəbələ”ni məğlub edib
Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib