ABŞ Prezidenti Donald Tramp Amerika tərəfinin Yəməndəki husilərlə əlaqə saxladığını açıqlayıb.
“İki sahil” xəbər verir ki, Tramp “NewsNation”a müsahibəsində ABŞ-nin husilərlə danışıqlar apardığını bildirib. “Biz husilərlə müzakirələr aparırıq və onlar razılığa gələ biləcəyimizi görmək istəyirlər”, – deyə ABŞ Prezidenti vurğulayıb.
Qeyd edək ki, ötən həftə husilər Yəmən hökumət qüvvələrinə qarşı hücuma keçərək ölkənin Qırmızı dəniz sahil xəttinin böyük hissəsinə, eləcə də Bab əl-Məndəb boğazına bitişik ərazilərə nəzarəti ələ keçiriblər.
Almaniya yanacaq qiymətlərinin azaldılması üçün ikimərhələli paket hazırlayır