19 sentyabr 2026 09:57
109

DİN antiterror əməliyyatında iştirakı ilə bağlı paylaşım edib

Daxili İşlər Nazirliyi antiterror əməliyyatında iştirakı ilə bağlı paylaşım edib.

“İki sahil” xəbər verir ki,  paylaşımda 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi olduğu qeyd edilib: "Bu döyüşlərdə DİN-in hərbi qulluqçuları və polis əməkdaşları qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıq, cəsarət və fədakarlıqla yerinə yetirdilər. Şəhidlərin qəhrəmanlığı, qazilərin şücaəti və hərbi qulluqçuların əzmkarlığı Azərbaycanın Zəfər salnaməsində əbədi yer tutur".