ABŞ Prezidenti Donald Tramp cümə günü üç iri xəbər mediasının – “CNN”, “MS NOW” və “Politico”nun Ağ Evə girişini qadağan etdiyini bildirib.
“İki sahil” xəbər verir ki, Prezident Tramp sosial şəbəkələrdəki paylaşımında bu media qurumlarını “saxta xəbərlər yaymaqda” ittiham edib. Bildirib ki, onlar “Amerika Birləşmiş Ştatları prezidentinin fəaliyyətini işıqlandırarkən daim uydurma və yalan məlumatlar yazmamalı və yaymamalıdırlar”. Tramp əlavə edib: “Digər saxta media qurumlarını da eyni aqibət gözləyir”. Donald Tramp qadağaya səbəb olan konkret hər hansı hadisənin baş vermədiyini bildirib. “Bu, sadəcə, son bir neçə il ərzində dərc olunan xəbərlərin məcmusudur”, - deyə o, Oval kabinetdə jurnalistlərə söyləyib.
“Digər media qurumlarını da eyni aqibət gözləyir” ifadəsində hansı qurumların nəzərdə tutulduğu soruşulduqda, Tramp “saxta xəbər” adlandırdığı “New York Times” və “Washington Post” nəşrlərinin adlarını çəkib.