ABŞ Prezidenti Donald Tramp heç vaxt İranın nüvə silahına sahib olmasına icazə verməyəcəyini bildirib.
“İki sahil” xəbər verir ki, o bu barədə Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasında bildirib.
Trampın sözlərinə görə, o vəzifəyə gəldikdən sonra dərhal İranla danışıqlara başlayıb və nüvə proqramının, həmçinin terrorizmə dəstəyin dayandırılması müqabilində ona tam iqtisadi əməkdaşlıq təklif edib. Onun sözlərinə görə, Tehran bu təklifdən imtina edib.
"Amma onlar imtina etdilər. Qəti şəkildə imtina etdilər. Bu, böyük bir səhv idi", - ABŞ lideri qeyd edib.
Tramp vurğulayıb ki, bundan sonra ABŞ "Gecəyarısı çəkici" əməliyyatını həyata keçirib, bunun nəticəsində isə ABŞ hərbçiləri İranın nüvə proqramını məhv ediblər.
"Mən yenidən İranı razılaşma bağlamağa çağırdım. Onlar yenə də imtina etdilər", - o deyib. Tramp bildirib ki, İran adi ballistik raket proqramının arxasında gizlənərək nüvə silahının hazırlanmasını başa çatdırmağa çalışıb. "Əgər buna nail olsaydılar, onlar terror və ölümü əbədi olaraq yaymaq imkanı əldə edəcəkdilər. Çünki biləcəkdilər ki, onları dayandırmaq üçün istənilən cəhd nüvə silahından istifadə etməklə məhv edilmə təhlükəsi ilə üzləşəcək", - ABŞ Prezidenti deyib.
O həmçinin qeyd edib ki, İrana razılaşma bağlamaq üçün bütün imkanlar verildikdən sonra ABŞ belə bir ssenarinin təkrarlanmasına yol verməmək üçün tədbirlər görüb. "Məni maraqlandıran yeganə məsələ odur ki, İran heç vaxt nüvə silahına sahib olmamalıdır", - Tramp vurğulayıb.
G7 XİN rəhbərləri Yəməndəki vəziyyəti enerji təhlükəsizliyinə qəbuledilməz təhdid adlandırıblar
ABŞ BMT Baş Assambleyası müddətində İranın XİN başçısı Əraqçiyə mühafizə ayıracaq
Rubio Hörmüz boğazından keçən neft tədarükünün həcminin artacağını proqnozlaşdırıb
ABŞ Ukraynanın Amerika nefti daşıyan gəmilərə zərbələr endirməsindən narahatdır
"Reuters": ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya paketi hazırdır