23 sentyabr 2026 10:18
94

Rusiya HHM qüvvələri gecə ərzində ölkə üzərində 514 PUA məhv edib

Rusiya Müdafiə Nazirliyinin  məlumatına görə, ötən gecə hava hücumundan müdafiə (HHM) vasitələri Rusiya regionlarının üzərində 514 pilotsuz uçuş aparatını (PUA) məhv edib.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Pilotsuz aparatlar Belqorod, Bryansk, Voronej, Kaluqa, Kursk, Lipetsk, Nijeqorod, Oryol, Rostov, Ryazan, Samara, Saratov, Smolensk, Tambov və Ulyanovsk vilayətləri, Krasnodar diyarı, Krım, Başqırdıstan, Tatarıstan, həmçinin Azov və Qara dənizlərin akvatoriyaları üzərində vurulub.

Voronej vilayətində PUA qalıqlarının düşməsi nəticəsində bələdiyyələrin birində fərdi yaşayış binasının dam örtüyünə ziyan dəyib. Digər regionların hakimiyyət orqanları xəsarət alanlar və ya yerüstü fəsadlar barədə məlumat verməyiblər.