23 sentyabr 2026 23:53
88

Tatyana Molçan: Ukraynada və onun ətrafında vəziyyətə baxsaq...

Ukraynadakı müharibə Avropanın, bütövlükdə dünyanın iqtisadi mənzərəsini yenidən formalaşdırır, iqtisadi və sosial təzyiqlər isə cəmiyyətlərin institutlara etimadına təsir göstərir.

“İki sahil” xəbər verir ki,  bunu BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibi Tatyana Molçan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Nyu-Yorkda təşkil etdiyi XXXVII Yüksəksəviyyəli Görüşdə çıxışı zamanı bildirib. Molçan bildirib ki, müharibə ilə yanaşı iqtisadi qeyri-müəyyənlik, yaşayış xərclərinin artması, iqlim riskləri və demoqrafik dəyişikliklər bir-biri ilə qarşılıqlı əlaqədə olan qlobal çağırışlara çevrilib.

“Ukraynada və onun ətrafında vəziyyətə baxsaq, müharibə ölkəyə ağır təsir göstərməkdə davam edir. Avropanın və bütövlükdə dünyanın iqtisadi mənzərəsi tamamilə yenidən formalaşır. İqtisadi artım durğun və qeyri-müəyyən olaraq qalır, yaşayış xərcləri isə artır. İqlim riskləri artıq gündəlik iqtisadi və siyasi qərarların bir hissəsinə çevrilir. Əhalinin yaşlanması, gənclərin iş tapmaqda çətinlik çəkməsi və institutlara etimadın azalması vəziyyəti daha da mürəkkəbləşdirir. Daha yüksək enerji xərcləri, məhdud dövlət maliyyəsi və demoqrafik dəyişikliklərlə üzləşən hökumətlərin digər sahələrə sərmayə qoymaq imkanları azalır. Nəticədə insanlar hökumətlərin bu problemlərin öhdəsindən gələ biləcəyinə inamlarını itirməyə başlayırlar. Ölkə daxilində etimad zəiflədikdə isə beynəlxalq əməkdaşlıq da çətinləşir”, - deyə BMT rəsmisi bildirib.