24 sentyabr 2026 08:49
103

Yeni Suraxanı qəsəbəsinin bir hissəsində qaz təchizatında qisamüddətli fasilə yaranacaq

Bu gün saat 10:00-dan təmir-quraşdırma işləri ilə bağlı Yeni Suraxanı qəsəbəsinin T. Nərimanov, 14 İyul və M.Ə.Sabir küçələrinin qaz təchizatında qisamüddətli fasilə yaranacaq.

“İki sahil” xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.Qaz verilişində məhdudiyyət işlər yekunlaşanadək davam edəcək.