25 sentyabr 2026 12:29
74

Neftçala rayonunda şəhid ailələri ziyarət olunub

“20 Sentyabr – Dövlət Suverenliyi Günü” və “27 Sentyabr – Anım Günü”nün altıncı ildönümü ilə əlaqədar Neftçala rayonunda şəhid ailələri ziyarət olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğının davamı olaraq Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və dəstəyilə Neftçala rayonunda yaşayan şəhid ailələri ziyarət olunub.

Ziyarətlərdə Neftçala Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, yerli icra nümayəndələri, bələdiyyə sədrləri, eləcə də rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

Ziyarətlər zamanı Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi uğrunda canından keçmiş şəhidlərin ailə üzvləri ilə görüşlər keçirilib. Görüşlərdə şəhid ailələrinin sosial vəziyyəti, onları narahat edən məsələlər və təklifləri dinlənilib.

Şəhid ailələrinin müraciət və təkliflərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılacağı və onların həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyi bildirilib. Qeyd olunub ki, şəhid ailələrinin sosial rifahının təmin edilməsi, onların problemlərinin həlli və mənəvi dəstəklə əhatə olunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Görüşlərdə Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası uğrunda şəhid olan qəhrəman Vətən övladlarının göstərdikləri şücaət və fədakarlığın xalqımızın yaddaşında əbədi yaşayacağı vurğulanıb. Bildirilib ki, şəhidlərimizin qəhrəmanlığı və vətənpərvərliyi gələcək nəsillər üçün örnəkdir.

Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.