25 sentyabr 2026 20:24
92

Anar Bayramov Xocavənd rayonunda vətəndaşları qəbul edib

TƏBİB-in İcraçı direktoru Anar Bayramov Xocavənd Rayon Mərkəzi Xəstəxanasında Xocavənd, Ağdam və Füzuli rayon sakinlərini qəbul edib.

Vətəndaşların müayinə-müalicə, əmək münasibətləri, əlillik məsələləri və s. ilə bağlı müraciətləri dinlənilib və bir sıra məsələlər yerində həll olunub. Digər müraciətlərin araşdırılması üçün müvafiq göstərişlər verilib.