Avropanın bir sıra ölkələrində yanacağın kəskin bahalaşmasına qarşı etiraz aksiyaları keçirilir.
“İki sahil” xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb. Portuqaliyada yüzlərlə yük avtomobili dizel yanacağının bahalaşmasına etiraz olaraq keçirilən aksiyaya qoşulub. Yük avtomobillərinin aşağı sürətlə üç avtomagistral üzrə Koimbra istiqamətində hərəkəti yollarda ciddi tıxaclara səbəb olub. Aksiyada tikinti, yeraltı işlər və materialların daşınması ilə məşğul olan şirkətlərin nümayəndələri iştirak ediblər. Digər mənbələr də aksiyaya 400-dən çox yük avtomobilinin qoşulduğunu bildirir. Təşkilatçıların məlumatına görə, fevralın sonundan Portuqaliyada dizelin bir litrinin qiyməti təxminən 1,59 avrodan 2,22 avroya yüksəlib. Onların hesablamalarına əsasən, bəzi müəssisələrdə yanacaq xərcləri istehsal məsrəflərinin yarıdan çoxunu təşkil edir.
Fransada da dizel yanacağının qiymətinin artmasına qarşı aksiyalar keçirilib. Balıqçılar Nitsa, Set və Qro-dü-Rua limanlarını, həmçinin ölkənin cənubundakı Frontinyan neft bazasını bloklayıblar. Etirazçılar yanacağın qiymətinin aşağı salınmasını və sektora dövlət dəstəyinin artırılmasını tələb edirlər. Fransa hökuməti bahalaşmanın təsirini azaltmaq üçün hədəfli yardım tədbirlərini genişləndirib.
Zelenskinin Ofisi Trampın Moskvaya səfər təklifi ilə bağlı xəbərləri təkzib edib