Azərbaycanın xarici borcu çox aşağı səviyyədədir, onu bir gündə sıfırlamaq da olar.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna dair tədbirdə bildirib. Dövlət başçısı deyib ki, Azərbaycanda çox mühüm siyasi və iqtisadi sabitlik mövcuddur:
"Artıq Azərbaycanda 30 ildən çoxdur ki, bu istiqamətdə mühüm proseslər gedir. 90-cı illərdə, xüsusilə 90-cı illərin əvvəllərində, ərazimizin böyük bir hissəsi işğal altında idi və təxminən bir milyona yaxın qaçqın və məcburi köçkünümüz var idi Bu da ölkənin sosial-iqtisadi vəziyyətinə ciddi təsir göstərirdi. Amma bu gün Azərbaycanın siyasi və iqtisadi vəziyyəti çox mühüm amildir. Digər mühüm amil isə bizim maliyyə imkanlarımızın çox güclü olmasıdır. Artıq xarici borcumuz çox aşağı səviyyədədir. Biz onu bir gündə sıfırlaya bilərik".
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb