ABŞ Prezidenti Donald Tramp "saxta KİV-lər"in Ağ Evə buraxılmamalı olduğunu bildirib.
“İki sahil” xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb. "Ağ Evdə saxta xəbərlərə yer olmamalıdır. Bu, çox uzun müddət davam edir və ölkəmizə baha başa gəlir" - o yazıb.
Daha əvvəl məlumat verilmişdi ki, Ağ ev CNN telekanalının bu gün Tennessi ştatının Noksvill şəhərinə yola düşəcək "Air Force One" prezident təyyarəsinin göyərtəsində ABŞ Prezidenti Donald Trampı müşayiət etməyəcəyini elan edib. Münaqişə federal məhkəmənin müvəqqəti olaraq Tramp administrasiyasını CNN, MS NOW və "Politico" jurnalistlərinin Ağ Evə girişini bərpa etməyə məcbur etməsindən bir neçə gün sonra kəskinləşib. Məhkəmənin qərarı jurnalistlərin akkreditasiyası və KİV nümayəndələrinin Ağ Evin ərazisinə girişinə aid idi. Lakin qərar onların prezidentin səfərlərini işıqlandıran jurnalistlər qrupunda iştirakına birbaşa aid deyildi.
Məhkəmənin qərarı prezidenti müşayiət edən jurnalistlər qrupunun formalaşmasına və jurnalistlərin prezidentin uçuşlarına buraxılması qaydasına birbaşa şamil edilmir.
Böyük Britaniyada terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər həbs olunub
Avropa İttifaqı (Aİ) ölkələrinin nazirləri qeyri-qanuni miqrasiya ilə mübarizə üçün vahid mexanizm hazırlamaq barədə razılığa gəliblər
Zelenski: Bu həftə Ukrayna qüvvələri 10 min 660 rus əsgərini zərərsizləşdirib
Hindistan ilə Nepalda daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 70-ə çatıb