26 sentyabr 2026 23:16
80

İbrahim Əzizi: Vaşinqton danışıqlar barədə yanlış anlayışa malikdir

Tehranın şərtləri icra olunana qədər Hörmüz boğazı yenidən açılmayacaq.

“İki sahil” ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi bildirib. "Vaşinqton danışıqlar barədə yanlış anlayışa malikdir və yalnız güc dilini başa düşür. İran öz ərazisini müdafiə edir və hazırda vəziyyəti sabitdir", - o vurğulayıb. İ. Əzizinin sözlərinə görə, İranın kəşfiyyat orqanları hər yerdə mövcuddur: "Vaşinqton öz strateji hesablamalarında səhvə yol verib və İrana qarşı müharibənin gedişatında nəzərdə tutulan hədəflərinə çatmayıb".

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı təklifini rədd edib.