26 sentyabr 2026 23:29
100

Çexiyada anım tədbiri keçirilib

27 Sentyabr – Anım Günü ilə bağlı Azərbaycanın Çexiyadakı səfirliyində Azərbaycan icmasının üzvlərinin, diaspor fəallarının, tələbə təşkilatlarının nümayəndələrinin və soydaşlarımızın iştirakı ilə anım tədbiri keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Çexiyadakı səfirliyi "X" sosial şəbəkə hesabında yazıb. "Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsi dərin ehtiramla yad edilib", - paylaşımda bildirilib.