27 sentyabr 2026 11:15
80

Türkiyə XİN şəhidlərimizi yad etdi

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) 27 Sentyabr – Anım Günü ilə bağlı Vətən müharibəsi şəhidlərini yad edib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə XİN-in X sosial şəbəkə hesabında paylaşım edilib.

"27 Sentyabr – Anım Günü ilə bağlı Qarabağ uğrunda şəhid olan azərbaycanlı qardaşlarımızı hörmət və rəhmətlə anırıq", – paylaşımda bildirilib.

Qeyd olunub ki, Türkiyə "Bir millət, iki dövlət" şüarı ilə Azərbaycanın yanında olmağa davam edəcək.