Sentyabrın 27-də Kürdəmir rayonunda Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş Anım Günü tədbiri keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli, Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, hüquq-mühafizə orqanlarının rəhbərləri və nümayəndələri, rayon təşkilatı aparatının əməkdaşları, şəhid anaları, qazilər, rayon ictimaiyyətinin nümayəndələri, partiya üzvləri iştirak ediblər.