Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadası başa çatıb.
“İki sahil” xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət komandası yarışı 17 xalla beşinci pillədə başa vurub. Qadınlardan ibarət kollektiv isə 15 xalla 16-cı yeri tutub. Turnirdə müvafiq olaraq Özbəkistan və Çin yığmaları qalib olub.