28 sentyabr 2026 21:09
113

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə dissertasiya müdafiə olunub

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutununnəzdində fəaliyyət göstərən FD 1.15 DissertasiyaŞurasının iclası keçirilib.

İclasda kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaqüçün iddiaçı Arzu Osmanovanın “Alunit filizindənvanadium 5-oksidin çıxarılması prosesinin kimyəviaspektləri” mövzusunda dissertasiya işinin müdafiəsikeçirilib.

Müdafiə 2303.01 – “Qeyri-üzvi kimya” ixtisası üzrətəşkil olunub. Dissertasiya işinin elmi rəhbəri kimyaelmləri doktoru, professor Arif Heydərovdur.

Dissertasiya işinin rəsmi opponentləri Kimyaİnstitutunun laboratoriya müdiri, kimya elmləridoktoru, professor İxtiyar Bəxtiyarlı, AzərbaycanTexniki Universitetinin dosenti, kimya üzrə fəlsəfədoktoru Əli İbrahimov və Azərbaycan Memarlıq vəİnşaat Universitetinin dosenti, kimya üzrə fəlsəfədoktoru Səidə Abbasovadır.

Dissertasiya işi alunit filizinin kompleks emalıməhsullarından vanadium birləşmələrinin selektivayrılması və təmiz vanadium(V) oksidin (V₂O₅) alınmasının kimyəvi qanunauyğunluqlarının tədqiqinəhəsr olunub.

Tədqiqat zamanı Azərbaycanın Daşkəsən rayonundayerləşən Zəylik alunit yatağından götürülmüş filizdənistifadə edilərək vanadiumun qələvi məhlullarakeçirilməsi, konsentrasiyası və müxtəlif birləşmələrşəklində çökdürülməsi prosesləri araşdırılıb. Vanadiumun ayrılması və alınma şəraitininoptimallaşdırılması məqsədilə müasir fiziki-kimyəvianaliz üsullarından istifadə olunub, həmçininvanadiumun adsorbsiya yolu ilə çıxarılması imkanlarıöyrənilib.

Tədqiqat nəticəsində ekoloji təhlükəsiz və effektivtexnologiyanın işlənib hazırlanmasına dair elmi-praktiki nəticələr əldə olunub. Dissertasiya işi üzrəaparılan tədqiqatların nəticələri əsasında “Alüminatməhlullarından qallium və vanadium çıxarılmasıüsulu” adlı patent də alınıb.