Azərbaycan, Türkiyə və Özbəkistanın kibertəhlükəsizlik üzrə hərbi mütəxəssisləri "Birliyin Gücü - 2026" birgə hərbi təlimində kiberəməliyyat fəaliyyətlərini yerinə yetiriblər.
“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
"Qızılqaya" Təlim Mərkəzində keçirilən təlim zamanı hər üç ölkənin hərbi qulluqçuları vahid komanda tərkibində kiberəməliyyat qrupu kimi fəaliyyət göstəriblər. Təlimin planına uyğun olaraq kiberəməliyyat qrupu qanunsuz silahlı qruplaşmaların kiberhücumlarının qarşısının alınması və bölmələrimizin informasiya-kommunikasiya sistemlərinin təhlükəsizliyinin təmin olunması üzrə tapşırıqları yerinə yetiriblər.
Kibertəhlükəsizlik üzrə hərbi mütəxəssislər təlimin gedişində bölmələrin taktiki fəaliyyətini dəstəkləmək üçün kibertəhlükəsizlik tədbirlərini yerinə yetirərkən yüksək peşəkarlıq nümayiş etdiriblər.
Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanışlıq olub
Azərbaycan Ordusunda 27 Sentyabr - Anım Günü münasibətilə silsilə tədbirlər keçirilib