ABŞ hərbçilərinin istifadə etdiyi Böyük Britaniyadakı Feyrford aviabazasında baş verən insidentdə xarici müdaxilə izi aşkarlanıb.
“İki sahil” xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Fox News telekanalına müsahibəsində bildirib. "Böyük Britaniyada həftəsonu baş vermiş hadisə çox ciddi vəziyyətdir. Görünür, burada xarici müdaxilə olub. Bu məsələ ilə bağlı əməkdaşlığına və göstərdiyi yardıma görə Böyük Britaniyaya təşəkkür etmək istəyirəm. Yaxın günlərdə bu mövzuda daha çox məlumat açıqlanacaq", – Rubio deyib.
Bazar günü Britaniya polisi partlayıcı maddələrlə bağlı qanunvericilikdə nəzərdə tutulan cinayətləri törətməkdə şübhəli bilinən beş nəfəri saxlayıb.
Sonradan onların hamısının Britaniya vətəndaşı olduğu müəyyənləşib. Şübhəlilər bazar ertəsi girov qarşılığında sərbəst buraxılıb.