30 sentyabr 2026 20:33
144

Səfir: Kolumbiya və Azərbaycanı mədəni irsə dərin hörmət birləşdirir

Kolumbiya və Azərbaycanı mədəni irsə dərin hörmət birləşdirir.

“İki sahil” xəbər verir ki, bu barədə Kolumbiyanın Azərbaycandakı səfiri Nelsi Rakel Munar Xaramiyo "Tamo sənəti: Azərbaycanda Kolumbiya sənətkarlıq ənənəsi" sərgisinin açılışında bildirib. "İki ölkəni mədəni irsə dərin hörmət, gözəlliyin əl işləri ilə yaradılması üçün nə qədər vaxt və zəhmət tələb olunduğunu anlamaq və sənətin okeanlarla bir-birindən ayrılan insanları yaxınlaşdıra biləcəyinə dair inam birləşdirir", - diplomat deyib. O, həmçinin XVI əsrdə Kolumbiyanın cənubunda yaranmış incə sədəfdüzmə texnikası olan tamo sənətinin əhəmiyyətindən danışıb. Xaramiyonun sözlərinə görə, o dövrdə ustalar məhsul yığımından sonra qalan materiallardan - buğda, arpanın saplaq və samanından istifadə etməyə başlayıblar. Sonradan bu sadə təbii materiallardan flora və faunanın zənginliyi, yerli xalqların simvolları və And dağlarının mənzərələrini əks etdirən unikal əl işləri yaradılmağa başlanıb.

"Bu məmulatlar özündə Narinyo regionunun mədəni irsini daşıyır. Onlar kənd və yerli icmaların mətanətinin, nəsildən-nəslə ötürülən müdrikliyin, eləcə də müstəmləkə dövründən bəri qorunub saxlanılan sənətkarlığın simvoludur", - səfir vurğulayıb.

Qeyd edək ki, "Tamo sənəti: Azərbaycanda Kolumbiya sənətkarlıq ənənəsi" sərgisi oktyabrın 4-dək davam edəcək.