10 oktyabr 2026 13:40
121

Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarının Laçına səfəri başlayıb.

“İki sahil” xəbər verir ki, səfər zamanı nümayəndə heyətinin üzvləri ilk olaraq Laçın şəhərindəki Seyrəngaha gəlib.

Qonaqlar buradan Laçın şəhərinə açılan mənzərəni seyr edib, xatirə fotoları çəkdiriblər.