Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə və AAF-ın vitse-prezidenti Firdovsi Umudov, ölkəmizdə işgüzar səfərdə olan Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Astrid Hasani ilə görüşüblər. “İki sahil” xəbər verir ki, Azərbaycanda nəinki ağırlıqqaldırma, ümumilikdə idmanın inkişafına dövlət tərəfindən böyük dəstəyin göstərildiyi rəsmi qonağın diqqətinə çatdırılıb. Bununla yanaşı qeyd edilib ki, Azərbaycan Ağırlıqqaldırma Federasiyası beynəlxalq əlaqələrin qurulmasına hər zaman xüsusi həssaslıqla yanaşıb. Təsadüfi deyil ki, Avropa və dünyanın muxtəlif ölkələrini təmsil edən yığma komandalar vaxtaşırı Bakıda təlim-məşq toplanışı keçirlər. Görüş zamanı təmiz idman prinsiplərinə nəzarətin gücləndirilməsi eləcə də yeniyetmə və gənc idmançıların inkişafına diqqət ayrılması istiqamətində fikir mübadiləsi aparılıb.
Rəşad Nəbiyev Bakıda keçirilən dünya çempionatında medal qazanan idmançıları təbrik edib
Beynəlxalq Cüdo Federasiyasının (IJF) bayrağının təhvil-təslim mərasimi keçirilib
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər