11 oktyabr 2026 14:23
150

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Tovuzda dəm qazından zəhərlənmə ölümlə nəticələnib.

Hadisə rayon ərazisində qeydə alınıb. Rayon sakini, 1969-cu il təvəllüdlü Ş.Əmrahova yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

AZƏRTAC