11 oktyabr 2026 22:47
111

Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyatda 59 nəfər saxlanılıb

Türkiyədə qanunsuz mərc oyunları ilə məşğul olan və hesablarında 7 milyard lirə (391249.43 dollar) olan şəxslərə qarşı əməliyyat keçirilib, 59 şübhəli saxlanılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

"Osmaniyə mərkəzli 8 vilayətdə "Qeyri-qanuni mərc" cinayətinə qarşı jandarm tərəfindən keçirilən əməliyyatlarda hesablarında 7 Milyard TL pul dövriyyəsi olan 59 şübhəli saxlanılıb", - DİN-dən bildirilib.

Şübhəlilərin internet saytları üzərindən qeyri-qanuni mərc oynatdıqları və qeyri-qanuni pul köçürmələrinə vasitəçilik etdikləri, qeyri-qanuni mərc yolu ilə əldə edilən cinayət gəlirlərini müxtəlif üsullarla maliyyə sisteminə daxil etdikləri müəyyən edilib:

"Əməliyyatlar nəticəsində şübhəlilərə aid ümumi dəyəri 110 milyon TL olan; 11 daşınmaz və 61 daşınar mal varlığına tədbir qərarı tətbiq olunub".