Bakı şəhərində mikromobillik infrastrukturunuinkişaf etdirmək və şəbəkənin davamlılığına nail olmaq məqsədilə Azadlıq prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil edilib.
Velosiped və skuterlərdən istifadə edən hərəkət iştirakçılarının rahatlığını təmin etmək üçün Dilarə Əliyeva və Xaqani küçələri arasında təşkil olunanzolaq 28 May, Nizami və Xaqani küçələrindəki zolaqları daha bir istiqamətdən əlaqələndirib.
Qeyd edək ki, mikromobillik zolağı çəkilən zaman prospektdə zolaqların eni standartlara uyğunlaşdırılıb və sayı sabit saxlanılıb.
Ərazidə müvafiq yol nişanları quraşdırılır. Yaxın günlərdə təhlükəsizlik sədlərinin quraşdırılması həyata keçiriləcək.
Hazırda mikromobillik zolaqlarının uzunluğu 67,8km-ə çatdırılıb. Şəhər konsepsiyası çərçivəsində mikromobillik zolaqları şəbəkəsi genişləndiriləcək.