13 oktyabr 2026 09:48
122

Bəyanat həm də dünyəvi siyasətin konturları haqqında bilgi kimi dinlənildi

Azərbaycan dünyanın müxtəlif qitələrində yerləşən dövlətlərlə ikitərəfli əlaqələri ərazi bü­töv­­lüyü tam bərpa olunduqdan sonra daha da genişləndirdi. Bu proses siyasi müstəvidə yara­nıb, müxtəlif istiqa­mət­lərdə uğurla davam etdirilir. Azərbaycan Cənub-Şərqi Asiya dövlətləri ilə də belə əla­qələri bəşəri döv­lət­çilik şərti bilir. 

Cənub-Şərqi Asiya dövləti olan Kamboca da dünyanın inkişaf etmiş dövlətlərindən biri kimi Azər­baycanla siyasi əlaqələr formatında müxtəlif istiqamətlərdə münasibətlər qurub. Bu günlərdə Kambocanın Baş naziri Nun Manetin Azərbaycana səfəri də bu niyyətin təzahürüdür. Bu səfər zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata verdiyi bəyanatda  Azərbaycanın beynəlxalq təş­ki­latlar çərçivəsində fəal əməkdaşlıq etdiyini, dövlətlərin bir-birini dəs­təklədiyini xatırladaraq qeyd etdi ki, ticarət və sərmayə qoyuluşu sahələrində hansı işləri görə biləcəyimizi də müəyyənləşdirməliyik: “Biz bu imkanları geniş müzakirə etdik, ticarət və investisiya əməkdaşlığımızın praktiki as­­pektləri ilə məşğul olacaq birgə işçi qrupu yaratdıq. Beləliklə, imkanlar çoxdur. Yeganə maneə məsafə ola bilər. Lakin müasir dünyada bu, böyük problem deyil. Digər məsələ məlumat çatış­maz­­lığıdır və biz bu boşluğu aradan qaldırmalıyıq. Ümid edirəm ki, bu gün Azərbaycanın və Kam­bo­canın çoxsaylı şirkətlərinin iştirakı ilə keçirilən biznes forumu bir-birimizi, mövcud imkanları, iqtisadi və investisiya prioritetlərimizi daha yaxından tanımağa, sıx iqtisadi əməkdaşlığın qurul­ma­sı yollarını müəyyənləşdirməyə kömək edəcək”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev zaman anlamında o qədər də keçmişdə qalmayan dövrü – Sovet İttifaqı dövrünü də yada saldı. Rejimi deyil, o rejimin daxilində Azərbaycanı! Azər­baycan o illərdə yüzlərlə Kambocalı gəncin ali təhsil almasının cəfakeşi ol­muş­du. Müasir Azər­bay­ca­nın o illərdə Azərbaycanda ali təhsil almış Kambocalı mütəxəssislərin söh­bətləri ilə gəncləşmiş Kambo­calı yeniyetmələr üçün də sevgilərlə xatırlanan bir dövlət oldu­ğu­na kimsə şübhə edə bilməz. Dövlət başçımız bu haqda inamla bildirdi: “Hesab edirik ki, bu ənənəni bər­pa etməli və hər iki ölkədə qarşılıqlı təhsil imkanları yaratmalıyıq. Bu, həm də xalqlarımız ara­sında təmasların daha da genişlənməsinə kömək edəcək...”.

Azərbaycanda son illərdə yaradılan bir xidmət sahəsi – “ASAN xidmət” – vətəndaşların istər vaxtına qənaət baxımından, istərsə də əlavə psixoloji gərginlik yaranmaması baxımından olduqca təqdirəlayiq yenilik kimi tarixləşdi. Bu xidmət sərhədlərimizdən kənarda da təqdir edilməkdədir. Kamboca da “ASAN xidmət”ə maraq göstərir. Dövlət başçımız qürurla dedi: “...məmnunuq ki, öz səmərəliliyini sübut etmiş və Azərbaycan cəmiyyətində təqribən 100 faizlik müsbət qiymətlən­dir­mə qazanmış “ASAN” dövlət xidmət­ləri sistemimiz Kambocada da maraq doğurur. Bu sistem artıq Azərbaycanın dostu olan bir çox ölkələrdə tətbiq edilir. Əminəm ki, bu da ikitərəfli müna­sibətlərimizə yaxşı töhfə verə bilər”.

Bəyanatında hər iki ölkənin parlamentlərarası qrupunun fəaliyyət göstərdiyini də, Azərbay­can par­la­men­ti­nin Kambocanın dəstəyi ilə ASEAN Parlamentlərarası Assambleyasında müşahi­də­çi statusu əldə etdi­yini də xatırladan dövlət başçımız Kambocanın Baş naziri Hun Manetin Azər­baycana səfəri zamanı hər iki ölkə üçün ümumi problem olan mina məsələsinin müzakirə edil­di­yi­ni də bildirdi.

Sülh və təhlükəsizliyin beynəlxalq hüquq normalarına, suverenlik və ərazi bütövlüyü prin­sip­­lərinə əsaslanmalı olduğunu da xatırladan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: “Di­gər məsələ sülh və təhlükəsizlikdir. Hər iki ölkə sülhü və təhlükəsizliyi inkişafın əsas şərti hesab edir. Sülh və təhlükəsizlik beynəlxalq hüquq normalarına, suverenlik və ərazi bü­töv­lüyü prinsiplərinə əsaslan­malıdır. Azərbaycan 30 illik işğaldan sonra öz ərazi bütövlüyünü və suverenliyini güc yolu ilə bərpa etmişdir. İndi Azərbaycan torpaqlarının hər qarışı Azərbaycan döv­lətinin və xalqının nəzarəti altındadır. Hazırda erməni işğalçı qüvvələrindən təmizlənmiş əra­zilərdə genişmiqyaslı bərpa işləri aparılır və “Böyük Qayıdış” Proqramı həyata keçirilir. Artıq ­ ərazilərdə 100 minə yaxın insan yaşayır və çalışır. Bu proses davam edir. Beləliklə, biz keçmişdə də, hazırda da müəyyən mənada oxşar çağırışlarla üzləşmişik. Bu­nunla yanaşı, beynəl­xalq hüquqa və beynəlxalq təşkilatların qərarlarına qəti sadiqlik də bizi birləşdirən amillərdəndir”.

Kambocanın Baş naziri Hun Manetin Azərbaycana səfəri zamanı Azərbaycan Respub­li­ka­sı­nın Pre­zi­denti cənab İlham Əliyevin mətbuata verdiyi bəyanat təkcə Azərbaycan gerçəkliklərinin ifadəsi olmadı, həm də dünyəvi siyasətin konturları haqqında bilgi kimi dinlənildi...

Səbinə Xasayeva,

Milli Məclisin deputatı