Bakının Səbail rayonunda su təminatı bir gün ərzində bərpa edilib.
"İki sahil" bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus "İri Şəhərlərin Su Təchizatı" QSC-yə istinadən xəbər verir.
Məlumata görə, magistral su xəttində aparılan təmir-bərpa işləri ilə bağlı görüləcək işlər çərçivəsində oktyabrın 12-də gecə saatlarında Səbail rayonunun bəzi ərazilərinin su təminatında gün ərzində yaranan müvəqqəti fasilə səhər saatlarından aradan qaldırılıb.
Qeyd edilib ki, hazırda abonentlərin su təminatı əvvəlki rejimlə icra olunur.