13 oktyabr 2026 13:39
105

Milli Məclisin payız sessiyası üzrə növbəti iclası oktyabrın 16-da keçiriləcək

Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası oktyabrın 16-da keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə parlamentin sədri Sahibə Qafarova sessiyanın bugünkü iclasının yekununda məlumat verib.

O qeyd edib ki, plenar iclasın gündəliyi haqqında əlavə məlumat veriləcək.