14 oktyabr 2026 01:22
101

FIBA Avropa Kuboku: "LANDAU Lions" Slovakiya klubuna məğlub olub

Azərbaycanın "LANDAU Lions" basketbol komandası FIBA Avropa Kubokunda növbəti oyununa çıxıb.

“İki sahil” xəbər verir ki, G qrupunda səfərdə Slovakiyanın "Prievidza" klubu ilə üz-üzə gələn Erhan Tokerin baş məşqçisi olduğu kollektiv 84:108 hesabı ilə məğlub olub.

Xatırladaq ki, "LANDAU Lions" ilk oyununda İsveçrə təmsilçisi "Lions de Geneve"yə uduzub - 83:105.