Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının Ələt şossesi 53B ünvanında yerləşən ərazi partiya təşkilatında Prezident, partiyanın Sədri cənab İlham Əliyevin VIII qurultayındakı nitqində irəli sürülən məsələlər və qarşıdakı dövr üçün müəyyən etdiyi fəaliyyət istiqamətlərinə həsr olunmuş tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi üğrunda canlarını şəhidlərin və əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Görüşdə YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov çıxış edərək Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin VIII Qurultayındakı nitqindən irəli gələn məsələlər, partiyanın yeni dövr üçün müəyyənləşdirilmiş fəaliyyət istiqamətləri və ərazi partiya təşkilatlarının qarşısında duran əsas vəzifələr barədə ətarflı məlumat verib. Eyni zamanda, YAP Qaradağ rayon təşkilatının sədri partiya üzvlərinin ictimai fəallığının artırılması, vətəndaşlarla əlaqələrin möhkəmləndirilməsi və ərazi partiya təşkilatlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi ətrafında fikirirlərini bölüşüb.
Tədbirdə digər çıxış edənlər - direktorun ümumi məsələlər üzrə müavini Natiq Hüseynov və başqaları Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsi və təbliği, onun dövlətçilik ənənələrinin qorunması, gənc nəslə çatdırılması və bu irsin müasir dövrdə əhəmiyyətinin vurğulanması məsələlərinə toxunublar. Çıxışçılar YAP-ın VIII Qurultayında müəyyənləşdirilən hədəflərin, qəbul edilən qəraraların həyata keçirilməsində birgə fəaliyyətin və məsuliyyətli yanaşmanın vacibliyini qeyd ediblər.
Saytın çökdürülməsi neçəyə başa gəlir: DDoShücumların sifarişli icrası 30 ABŞ dollarından başlayır
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib