14 oktyabr 2026 20:38
172

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə oktyabrın 14-də Azərbaycan Respublikasına səfərə gəlib.

“İki sahil” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Özbəkistan Prezidentini Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.