Azərbaycanda Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb.
“İki sahil” xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova layihənin icra vəziyyəti barədə keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ümumilikdə nəzərdə tutulan 33 həllin 13-ü artıq istismara verilib: "11-i sınaq və inteqrasiya mərhələsindədir, 7-si hazırlanır, 2-si üzrə isə işlərə başlanılması planlaşdırılır. Hazırda istismarda olan həllər bitki sağlamlığı, bitki uyğunluğu, suvarmanın idarə edilməsi, dinamik iqlim xəritəsi, fermer reytinqi proqramlarını əhatə edir. Həllər kənd təsərrüfatında riskləri əvvəlcədən qiymətləndirməyə, aqrotexniki tədbirləri daha düzgün planlaşdırmağa və idarəetmə qərarlarını məlumatlar əsasında qəbul etməyə imkan yaradır".
Nazir müavini əlavə edib ki, bu ilin sonuna qədər 33 həllin hamısının ilkin işlək versiyalarının hazırlanması hədəflənir:" Növbəti mərhələdə həllərin sınaqdan keçirilməsi, müvafiq informasiya sistemlərinə inteqrasiyası və istifadəsinin genişləndirilməsi istiqamətində işlər davam etdiriləcək. Həllər 12 proqram üzrə üç əsas istiqaməti əhatə edir. O cümlədən, məhsuldarlığın artırılması üçün 7 proqram üzrə 25 həll, subsidiyaların səmərəliliyinin artırılması üçün 3 proqram üzrə 5 həll, heyvandarlığın inkişafı üçün isə 2 proqram üzrə 3 həll nəzərdə tutulur".
Suvarmanın idarə edilməsində rəqəmsal imkanlar genişləndirilir İlhamə Qədimova
Bu texnologiya dövlət dəstəyi mexanizmlərində rəqəmsal alətlərdən istifadənin genişləndirilməsinə xidmət edir
Aqrar Süni İntellekt layihəsi kənd təsərrüfatının inkişafına HANSI TÖHFƏNİ VERİR?